9 Yanvar 2022 20:14
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın hüquq-mühafizə orqanları Almatı şəhərində polis idarəsinə hücum edənlər də daxil olmaqla 852 nümayişçini saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Almatı şəhər operativ qərargahının rəsmi nümayəndəsi Saltanat Özirbek bildirib.

Onun sözlərinə görə, 18 ədəd odlu silah və 1400-ə yaxın döyüş sursatı qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılanlar arasında yanvarın 6-na keçən gecə Almatı polisinin inzibati idarəsinin binasına basqının şəxslər də var.

Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər