“Rusiya ilə bir sıra təhlükəsizlik məsələlərində kompromislər mümkündür, lakin bir görüşdə onlara nail olmaq mümkün deyil”.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
“Biz artıq Rusiya ilə kompromislərə gedə biləcəyimizi və problemlərin həlli yollarını tapa biləcəyimizi sübut etmişik”, o əlavə edib.
Eyni zamanda, baş katib bir daha xəbərdarlıq edib ki, NATO “açıq qapılar” prinsipindən imtina etmək niyyətində deyil, bu isə o deməkdir ki, istənilən ölkə, o cümlədən Ukrayna alyansa qoşulmaq üçün müraciət edə bilər.