Avropa Birliyi Qazaxıstana hazırkı böhrandan çıxmağa kömək etməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Borrell Qazaxıstan ərazisində hərbi kontingent yerləşdirmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətləri insan hüquq və azadlıqlarına hörmət etməyə çağırıb.
“Biz Qazaxıstandakı vəziyyətdən böyük narahatlığımızı bildiririk. Vətəndaşların hüquqları və təhlükəsizliyi təmin edilməlidir. Sülhməramlı qüvvələri bunu nəzərə almalı və zorakılıqdan çəkinməlidir. Biz Qazaxıstana bu böhranın öhdəsindən gəlməyə kömək etməyə hazır olduğumuzu bildiririk”, - Borell qeyd edib.