11 Yanvar 2022 11:49
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda etirazçılara BMT emblemi olan mavi dəbilqə taxmaqla müdaxilə edən təhlükəsizlik qüvvələrinə BMT-dən sərt etiraz edilib.

Teleqraf.com xəbər verir ki, BMT bununla bağlı bəyanat yaymışdı.

Gündəlik mətbuat brifinqində BMT rəsmisi Stefan Dujarrik deyib ki, BMT-nin sülhməramlı missiyalarına töhfə verən ölkələr BMT-nin sülhməramlı missiyalarını yerinə yetirərkən yalnız BMT-nin nişan və ya simvollarından istifadə edə bilərlər: “Biz bu məsələ ilə bağlı narahatlığımızı birbaşa Qazaxıstan missiyasına çatdırdıq və təminat aldıq. Problem həll olundu”.

Qeyd edək ki, Qazaxıstanda etirazlara müdaxilə edən təhlükəsizlik qüvvələrinin BMT sülhməramlılarının istifadə etdiyi mavi dəbilqə geyinməsinə dair görüntülər sosial şəbəkələrdə yayılmışdı.


Müəllif: Nemət

Oxşar xəbərlər