12 Yanvar 2022 13:44
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə iki il yarım ərzində ilk dəfə olaraq Rusiya-NATO Şurasının iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

İclasda Rusiyanı Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin idarələrarası komissiyasının təmsil etdiyi vurğulanır. Rusiya diplomatik xidmətini Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko təmsil edir.

Bundan əvvəl Rusiya nümayəndə heyətinin alyansın Brüsseldəki mənzil-qərargahında Rusiya-NATO Şurasının iclasına gəldiyi bildirilirdi.

Yanvarın 11-də Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib ki, ölkənin nümayəndə heyəti Rusiya-NATO Şurasının iclasına real gözləntilər və dərin dialoq ümidi ilə yola düşür.


Müəllif: Səxavət

Oxşar xəbərlər