13 Yanvar 2022 21:42
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar Partiyasından olan 110 konqresmen İranla aparılan nüvə danışıqları ilə bağlı Co Bayden hökumətinə müraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, amerikalı konqresmenlər Avstriyanın paytaxtı Vyanada İranla aparılan qeyri-ciddi və səmərəsiz danışıqların dayandırılmasını, Tehrana qarşı sanksiyaların tam icrasını tələb ediblər.

Dövlət katibi Entoni Blinkenə ünvanlanan məktubda bildirilib ki, İranla səmərəsiz danışıqlar dayandırılmalı, keçmiş prezident Donald Tramp dövründə tətbiq edilən sanksiyalar tam icra olunmalıdır.

“ABŞ rəsmilərinin Vyana danışıqları ilə bağlı səsləndirdiyi son bəyanatları göstərir ki, hazırda İranın nüvə probleminin konstruktiv həlli üçün bir diplomatik yol yoxdur. İran bu fürsətdən yararlanaraq və inkişaf etdirilmiş sentrifuqalardan istifadə edərək nüvə avadanlığının istehsalını davam etdirir”, - məktubda vurğulanıb.

Konqresmenlər İranın uranı 60 faiz səviyyəsində zənginləşdirdiyini deyiblər:

“ABŞ və tərəfdaşları təhlükəli nüvə fəaliyyətinə görə İrana qarşı təzyiqi gücləndirməli, Tehrana qarşı tətbiq olunmuş mövcud sanksiyaları tam şəkildə icra etməlidirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər