14 Yanvar 2022 21:38
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranla nüvə razılaşmasını canlandırmaq üçün verilən vaxt və fürsət bitmək üzrədir”.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinken deyib.

O, Vyanada Tehranla aparılan danışıqların çox ləngidiyini bildirib:

“Nüvə razılaşmasını canlandırmaq üçün cəmi bir neçə həftə var. Danışıqlar nəticəsiz olsa, rəsmi Vaşinqton İranın nüvə proqrmından irəli gələn problemlərin həlli üçün digər seçimləri nəzərdən keçirəcək. Bizim vaxtımız artıq çox azdır. Çünki İran günbəgün nüvə silahı əldə etməyə yaxınlaşır”.

Blinken qeyd edib ki, yeni nüvə razılaşmanın əldə olunması ABŞ-ın təhlükəsizliyi üçün ən yaxşı variantdır: “Amma bu mümkün olmasa, biz artıq digər seçimlər haqqında düşünməyə başlayacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu