Texnologiya milyarderi, “Tesla”nın rəhbəri İlon Mask kütləvi yox olma ilə bağlı təəccüblü açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, tez-tez açıqlamaları ilə gündəmdə olan Mask növbəti dəfə bomba effekti yaradacaq sözlər deyib.
Mask mümkün kütləvi məhv olmadan bəşəriyyətin salamat çıxa bilməyəcəyini iddia edib:
“Bəşəriyyətin yüz faizi kütləvi şəkildə yox olacaq. İnsanların Yer kürəsində qalmaqla kütləvi yox olmaqdan xilas olmaq imkanı yoxdur”.
Mask daha sonra insanlara kütləvi yox olmaqdan xilas olmaq üçün yeganə çıxış yolunu da göstərib.
“İnsanlar kütləvi yox olmaqdan xilas olmaq istəyirlərsə, başqa planetlərə köçməlidirlər”, - iş adamı deyib.