İlkin məlumatlara görə, rusiyalı jurnalistləri 2018-ci ildə Mərkəzi Afrika Respublikasında (MAR) qeyri-qanuni silahlı 3R birləşməsinin yaraqlıları öldürüb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın MAR-dakı səfiri Aleksandr Bikantov bildirib:
“İlkin versiyaya görə, onlar 3R qanunsuz silahlı birləşməsinin yaraqlıları tərəfindən saxlanılıb və öldürülüblər”.
Səfir xatırladıb ki, 3R digər mütəşəkkil cinayətkar qruplarla koalisiya yaradaraq 2020-ci ilin dekabrında paytaxt Banqiyə hücum edib. MAR ordusu 2021-ci ildə yaraqlıları ölkə sərhədlərindən sıxışdırıb çıxarıb.
2018-ci il iyulun 31-də Mərkəzi Afrika Respublikasında üç Rusiya vətəndaşı – jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko həlak olub.
BMT-nin məlumatına görə, onların cəsədləri Kemo prefekturasının Sibyu şəhərinin şimalındakı yolda tərk edilmiş avtomobilin yanında tapılıb. Avtomobil atəşə məruz qalıb.