22 Yanvar 2022 08:25
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın keçmiş daxili işlər naziri Klod Qehan bir il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Europe 1" radiostansiyası məlumat yayıb.

Qeyd edilir ki, bir aydan artıqdır ki, Parisin cənubundakı həbsxanada saxlanılan 77 yaşlı Qehanla bağlı qərar qeyri-qanuni mükafatların ödənilməsi işi üzrə çıxarılan hökmdən sonra verilib.

Bundan əlavə, Qehan 75 min avro cərimə ödəməli olacaq. Onun 5 il dövlət vəzifəsində çalışması da qadağan edilib.

İstintaqın məlumatına görə, siyasətçi qanunsuz olaraq özünə və nazirliyin digər əməkdaşlarına aylıq mükafatlar yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər