20 Noyabr 2014 02:47
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın şimal-şərq hissəsində bir neçə gün davam edən güclü qar nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Nyu-York ştatında 6 nəfərin öldüyü bildirilirdi.

Yeni məlumatlara görə, Nyu-Hempşir və Miçiqan ştatlarında daha iki nəfər təbii fəlakətin qurbanı olub. Qeyri-sabit hava şəraiti səbəbindən Buffalo şəhərində təyyarə reyslərinin 40%-i təxirə salınıb. Bir çox yaşayış məntəqələrində nəqliyyat hərəkəti çətinləşib.

Bununla belə, yağıntılı havanın davam edəcəyi qeyd edilir. Sinoptiklərin proqnozlarına əsasən, növbəti gün ərzində daha 90 sm qar yağa bilər. Bir sıra ərazilərdə isə qarın qalınlığının 1,8 metrə çatacağı ehtimal olunur. Yaranmış vəziyyətlə əlaqədar Nyu-York ştatının qubernatoru Endryu Kuomo fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu bəyan edib.


Müəllif:

Oxşar xəbərlər