ABŞ Prezidenti Co Bayden tərəfindən Ukraynaya istiqamətləndirilən hərbi yardımlar davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Kiyevdəki səfirliyi bəyan edib.
Səfirliyin sosial şəbəkə hesabından bildirilib ki, Prezident Baydenin Ukraynaya yönəltdiyi ilk yardım çatıb.
Qeyd edilir ki, 2014-cü ildən bu yana ABŞ Rusiya təcavüzü qarşısında Ukraynanın müdafiəsini gücləndirmək məqsədilə 2,7 milyard dollar həcmində yardımlar edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Ukraynaya hərbi yardımların daşınması ilə bağlı açıqlamasında bildirib ki, Birləşmiş Ştatlar ötən il Ukraynaya hər il əvvəlkindən daha çox təhlükəsizlik yardımı göstərib.
“Ötən il biz Ukraynaya 650 milyon dollar dəyərində müdafiə avadanlığı və əlaqədar xidmətlər ayırdıq”, - ABŞ diplomatı deyib.