26 Yanvar 12:52
455

Dünyanın öndə gələn xəbər agentlikləri Kiyev Boryspol hava limanına enən ABŞ hərbi təyyarəsindən bəhs edir, onun fotolarını tirajlayırlar.

Teleqraf.com xəbər verir ki, son fotolarda Kiyev hava limanında enən təyyarədən daşınan silahlar diqqəti cəlb edir.

Ən vacibi isə bu silahların içərisindəki “Javelin” raket sistemlərinin olmasıdır.

“Javelinlər artıq Kiyevdədir: 80 ton olan yeni hərbi yardımda raketlər və atma sistemləri var. Dördüncü təyyarəni səbirsizliklə gözləyirik. Strateji müttəfiqlərimizə təşəkkürlər”,- Ukrayna Müdafiə naziri Oleksey Reznikov Tvitter hesabında yazıb.

Rusiyanın Vaşinqtondakı səfirliyi isə bəyan edib ki, Pentaqon Kiyevə rəsmən verdiyi hərbi dəstək hər gün böyüyür. Səfirlik qeyd edib ki, ABŞ tərəfi bu silahların terrorçuların əlinə düşə biləcəyi ehtimalını da bilərək Ukraynaya göndərir.

Qeyd edək ki, 2021-ci ildə ABŞ Ukraynaya 650 milyon dollardan çox hərbi yardım edib. 2014-cü ildən bu yana Ukraynaya edilən yardımın ümumi həcmi 2,7 milyard dollardır.


Müəllif: Nemət