“Vyanada İranla aparılan nüvə danışıqları uğursuz nəticələnsə, rəsmi Vaşinqton qeyri-diplomatik variantlardan istifadə edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan israilli həmkarı ilə görüşündə deyib.
Sallivan ABŞ-ın Avropadan olan müttəfiqlərinə danışıqların nəticəsiz yekunlaşa biləcəyi ilə bağlı xəbərdarlıq edib.
O, belə bir nəticənin İranın xeyrinə olmayacağını bildirib:
“ABŞ hələ də hesab edir ki, İranın nüvə silahı əldə etməsinə mane olmağın ən yaxşı yolu diplomatiyadır. Amma bir daha bildiririk ki, danışıqlar nəticəsiz qalsa, digər variantlara əl atmaq məcburiyyətindəyik. Olayların istənilən inkişafına hazırıq. Daha doğrusu, İranın nüvə proqramı ətrafında yaranmış problemlərin həlli üçün yeni seçimləri nəzərdən keçiririk”, - amerikalı diplomat vurğulayıb.