Yoxsulluq və aşağı gəlirlər əsas problemdir, hansı ki, sağlamlıq problemləri, cinayətkarlıq və bir sıra başqa problemlər doğurur, lakin bu, yeganə problem deyil.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev RİA Novosti və digər aparıcı yerli KİV-lərə müsahibəsində bildirib.
“Mən prezidentlə razıyam... Yoxsulluq problemi, aşağı gəlirlər həqiqətən də əsas problemdir. Sağlamlıq problemləri, müəyyən dərəcədə cinayətlər və bir sıra başqa problemlər də bununla bağlıdır. Ona görə də gəlirlər problemi əsas xarakter daşıyır”, - deyə Medvedev yoxsulluq və aşağı gəlirlər probleminin yeganə olmadığını deyib.
“Həqiqətən də iqtisadiyyatın inkişafı problemi, korrupsiya problemi, texnoloji problemlər, texnoloji gerilik problemləri, müasir innovativ iqtisadiyyatın yaradılması zərurəti – bütün bunlar gündəmdədir. Ancaq insan problemlərindən danışırıqsa, o zaman gəlirlər problemi, keyfiyyətli təhsil və səhiyyə mənə elə gəlir ki, bir nömrəli problemdir”, - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib.