20 Noyabr 2014 13:16
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktyor Bill Kosbinin haqqındakı təcavüz iddiaları onu işindən edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın "NBC" televiziyası məşhur komediyaçı Bill Kosbi ilə planlaşdırılan proqramı ləğv edib. Buna aktyorun adının təcavüz iddialarında hallanması səbəb olub.

"NBC"dən verilən açıqlamada proqramın hazırlıqlarına artıq davam edilməyəcəyi bildirilib.

Xatırladaq ki, model və televiziya aparıcısı olan Cenis Dickinson Kosbinin 1982-ci ildə ona təcavüz etdiyini bildirib.

Dickinson 2002-ci ildə yazdığı tərcümeyi-halında hadisədən bəhs edən hissəni Kosbinin vəkili və nəşrçisinin təzyiqi ilə kitabdan çıxarmışdı.

Qeyd edək ki, aktyor B.Kosbi təcavüz iddiaları ilə bağlı heç bir açıqlama verməyib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər