31 Yanvar 2022 22:28
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinlə Moskva və Kiyev arasında gərginliyin azaldılmasını müzakirə edəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, baş nazir məsələ ilə əlaqədar Putinə demək istədiyi sözlərinin olduğunu söyləyib.

“Prezident Putinə deyəcəyəm ki, hamımız müharibə fikrindən uzaqlaşmalıyıq. Düşünürəm ki, Rusiya müharibənin astanasından uzaqlaşmalıdır. Rusiyanın 2014-cü ildə artıq ələ keçirdiyi ərazilərdən kənarda Ukraynaya qarşı istənilən işğalçı addım dünya və hər şeydən əvvəl Rusiya üçün mütləq fəlakətli olacaq”, - Conson vurğulayıb.

Conson Putinlə telefon danışığından əlavə yaxın günlərdə regiona səfər etməyi planlaşdırır. Söhbət Şərqi Avropa ölkələrindən gedir. Amma onun hansı ölkələrə səfər etmək niyyətində olduğu bildirilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər