3 Fevral 2022 22:12
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko 2020-ci ildə ölkəsində baş verən kütləvi etirazlardan sonra özünü Rusiya lideri Vladimir Putindən asılı vəziyyətə salıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

Nəşr qeyd bildirib ki, iki il əvvəl Belarusda keçirilən və nəticələri ölkədə kütləvi etirazlara səbəb olan seçkilərdən sonra Lukaşenko real hakimiyyəti itirmək təhlükəsi ilə üzləşib. Nəticədə o, siyasi dəstək üçün Kremlə müraciət etmək qərarına gəlib. Analitiklərin fikrincə, bu dəstəyi aldıqdan sonra praktiki olaraq Rusiya hakimiyyətinin iradəsinə tabe olmaq məcburiyyətində qalıb. Lukaşenkonun Ukrayna ilə gərginlikdə Rusiyanı dəstəkləməsinin də bu məcburiyyətdən irəli gəldiyi bildirilib.

“O, küncə sıxışdırılmışdı. İndi Putin nə istəyirsə, Lukaşenko “bəli” deyir”, - kanadalı tarixçi Devid Marples nəşrə açıqlamasında deyib.

Ekspertlərin fikrincə, Belarus liderinin ritorikasının kəskin şəkildə dəyişməsinin əsl səbəbləri bunlardır. Belə ki, o, 2014-cü ildə Ukrayna münaqişəsi ilə bağlı neytral mövqe tutmağa cəhd edirdisə, Krımı Rusiya ərazisi kimi tanımağa tələsmirdisə və Moskva ilə Kiyev arasında aparılan danışıqlarda müstəqil vasitəçi kimi çıxış etməyə çalışırdısa, indi Lukaşenko daha çox rusiyayönlü mövqe tutur.

Lukaşenko ötən ay Qərb ölkələrini “Rusiya-Ukrayna qardaşlığını qan içində boğmağa” çalışmaqda ittiham edib və Ukraynanı “slavyanların qoynu”na qaytaracağına söz verib. Bundan əvvəl isə Kiyevi qeyri-adekvat davranışa görə tənqid edərək, Ukraynanın hazırkı siyasi rəhbərliyinin kənar qüvvələrin nəzarəti altında olduğunu iddia edib.

Belarus lideri ötən ilin dekabrında Ukraynanın işğal edilmiş Krım bölgəsinə səfər etmək arzusundan danışıb. Bundan sonra “de-fakto” və “de-yure” yarımadanın Rusiyaya məxsus olması fikrini dilə gətirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər