5 Fevral 2022 20:23
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftələrdə ABŞ-da başlayan və ölkəyə böyük təsir göstərən “Bomba Siklonu” bir çox ştatı öz təsiri altına alıb.

Teleqraf.com xəbər verir ki, təxminən 20 ştatda 85 milyondan çox insan qarlı hava ilə bağlı xəbərdarlıq alıb.

Bir həftə sonra yenidən başlayan fırtına ABŞ-ın mərkəzi hissələrindən şimal-şərq ştatlarına doğru hərəkət edərək həyata mənfi təsir göstərib.

Nyu-York və Bostonda qar yağışı davam edərkən, rəsmilər xüsusilə şaxtada yollarda buzlanma səbəbindən vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edib.

Ohayo, Qərbi Virciniya, Pensilvaniya, Texas və digər ştatlarda 300 min nəfərin elektrik enerjisiz qalıb.

Bildirilir ki, bu gün daxili və beynəlxalq marşrutlarda 2600-dən çox uçuş dayandırıldığı halda, dünəndən bu yana 6400-dən çox uçuş ləğv edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər