6 Fevral 2022 08:44
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alp dağlarının Avstriyaya aid hissəsində baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı artıb.

Teleqraf.com xəbər verir ki, son günlər Avstriyanın Tirol əyalətinin İsveçrə ilə həmsərhəd rayonlarında qar uçqunlarından ölənlərin sayı 8-ə çatıb. Dörd nəfər isə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Fevralın 4-5-də regiondakı hava şəraiti çox sayda qar uçqunlarının baş verməsinə səbəb olub.

Tirol əyalətinin Qar Uçqunu Xəbərdarlıq Xidmətinin ekspertlərinin rəyinə görə, uçqun təhlükəsi qarşıdakı günlərdə də davam edəcək. Buna səbəb bir tərəfdən günəşli havadan yararlanaraq dağ-xizək mərkəzlərinə üz tutanların sayının çox olması, digər tərəfdən də məhz günəşli havanın qar kütlələrinin qismən əriyərək sürüşmə və uçqunlar törətməsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər