7 Fevral 2022 22:39
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran İsrail üçün ciddi təhlükədir”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Naftali Bennet deyib.

Onun sözlərinə görə, Vyanada aparılan danışıqlar İranın nüvə silahı əldə etməsinin qarşısını alınmasını daha da çətinləşdirəcək:

“İran İsrail üçün ən ciddi təhlükədir. Biz İrandan gələn nüvə təhlükəsinin qarşısını almaqla bağlı məsuliyyət daşıyırıq və Vyana danışıqlarında baş verənləri yaxından izləyirik”.

Bennett İranla imzalancaq yeni sazişin nəticə verməyəcəyini bildirib:

“Nüvə sazişi İranın uranı zənginləşdirmə prosesini müvəqqəti olaraq gecikdirə bilər, amma regionda hamı buna görə ağır bədəl ödəyəcək”.

İsrail baş naziri İrana etibar etməyin yersiz və mümkünsüz olduğunu söyləyib.

İranın regiondakı təxribatlarını və düşmən fəaliyyətlərini daha da artırdığını deyən Bennetin sözlərinə görə, İsrail bu səbəbdən özünü hərbi cəhətdən gücləndirmək səylərini gücləndirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər