Böyük Britaniya Kral Dəniz Piyadalarının 45-ci batalyonundan 350 hərbçini Polşaya göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, Şotlandiyanın Arbroat şəhərində yerləşən 45-ci batalyonun hərbi qulluqçuları yaxın günlərdə Polşaya yerləşdiriləcək.
Britaniya hərbçiləri Ukrayna sərhədində davam edən gərginlik şəraitində Polşa silahlı qüvvələrinə birgə təlimlər və fövqəladə halların planlaşdırılması kömək edəcəklər.
Kral Silahlı Qüvvələrinin yerləşdirilməsi NATO vasitəsilə yardım kimi deyil, ikitərəfli əsasda baş tutur.
Ümumilikdə, son bir neçə ay ərzində Böyük Britaniya Polşa ilə əlavə 500 hərbçi göndərmək barədə razılığa gəlib.