Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Avropada genişmiqyaslı müharibə riski son 30 ildə ən yüksək həddə çatıb.
Teleqraf.com xəbər verir ki, Avropada təhlükəsizlik kritik nöqtədədir. Hazırda Avropada ciddi müharibə riski son 30 ilin ən yüksək səviyyəsidir.
Vurğulanıb ki, Ukrayna ətrafında münaqişənin gərginləşməsi təkcə insan iztirabları deyil, həm də ciddi siyasi, iqtisadi və hərbi nəticələr deməkdir.
Qeyd olunur ki, Rusiya Avropada təhlükəsizlik mövzusunun yeni müzakirəsində fayda görür və bu məsələyə nikbin yanaşır.