ABŞ Dövlət katibi Entoni Blinken Avstraliya, Hindistan, Yaponiya və Amerikadan ibarət QUAD alyansının xarici işlər nazirləri ilə görüşündən əvvəl açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Blinken jurnalistin Hind-Sakit okean bölgəsində Çinlə qarşıdurmanın qaçılmaz olub-olmaması sualına “Heç nə qaçılmaz deyil” cavabını verib.
Onun sözlərinə görə, ABŞ və müttəfiqləri Çin təcavüzü ilə təhdid edilən qaydalara əsaslanan sistem üçün bir-birini dəstəkləməlidirlər.
“Çinin son illərdə daxildə və regionda daha aqressiv davranması ilə bağlı narahatlığımızı bölüşürük”, - Blinken bildirib.