13 Fevral 2022 21:42
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Frank-Valter Ştaynmayer ikinci müddətə Almaniya Federativ Respublikasının Prezidenti seçilib.

Teleqraf.com xəbər verir ki, AFR Prezidenti postuna, həmçinin “Almaniya üçün alternativ” partiyasından Maks Otte, “Sol partiya”dan Herhard Trabert, azad seçicilər tərəfindən Ştefani Hebauer namizəd irəli sürülmüşdü.

Almaniya Federal Məclisi Ştaynmayerin namizədliyini mütləq səs çoxluğu ilə dəstəkləyib. O, AFR prezidenti postunu 2017-ci ildən tutur, buna qədər isə Almaniyanın xarici işlər naziri və vitse-kansler olub.

Qeyd edək ki, Almaniya prezidenti beş il müddətə seçilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər