ABŞ Prezidenti Cozef Bayden bu gün Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxış edəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Evin yenilənmiş qrafikində deyilir.
"Prezident Rusiya və Ukrayna ilə bağlı aktual məlumatlar verəcək. O, ABŞ-ın yüksək səviyyəli diplomatiyaya açıq olduğunu və müttəfiqlərimizlə sıx koordinasiyada olduğunu təsdiq edəcək", - deyə Ağ Evin məlumatında deyilir.
Qeyd edilir ki, çıxış Bakı vaxtı ilə saat 00:30-a planlaşdırılır.
"ABŞ diplomatiyanın və gərginliyin azaldılmasının irəliyə doğru ən yaxşı yol olduğuna inanmaqda davam edir, lakin istənilən ssenariyə hazırdır", - deyə məlumatda qeyd edilir.