17 Fevral 2022 14:28
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının işğal edilmiş Donetsk və Luqanskdakı separatçı rejimlərin tanınması ilə bağlı müraciətinə hələ cavab verməyib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya hakimiyyətinin bundan sonrakı addımları prezidentin qərarından asılıdır.

Rusiya Dövlət Duması ötən günlərdə sözügedən “respublikalar”ın tanınmasının zəruriliyi ilə bağlı müraciətə səs verib. Rusiya lideri Vladimir Putin Almaniya Kansleri Olaf Şolzla Moskvada keçirdiyi mətbuat konfransında bu müraciətə münasibət bildirərək, Donbass probleminin həlli üçün hər şeyi edəcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər