Rusiya-Ukrayna gərginliyi dünya mediasının gündəmindən düşmək bilmir.
Teleqraf.com xəbər verir ki, son həftələr Rusiya ilə ABŞ başda olmaqla Qərb arasında gərginlik daha da artıb.
İngiltərənin “The Telegraph” qəzetinin məqaləsində Rusiya Prezidenti Vladimir Putinin ABŞ və Avropa üzərində geosiyasi qələbə qazandığı və Qərb dünyasının zəif tərəflərini ortaya çıxardığı yazılıb.
Nəşr Avropa ölkələrinin Moskvaya qarşı vahid cəbhə yaratmaqdan imtina etdiklərini, ABŞ-ın təhdidlərinin yalnız sözdə qaldığını vurğulayıb.
Məqalədə Brüsselin xarici siyasət arenasında mühüm rol oynamaq istədiyi, amma iddialarında haqlı olmadığının ona göstərildiyi deyilib:
“Rusiya qalib gəldi, çox güman ki, Ukrayna NATO-ya qəbul edilməyəcək və “Şimal axını - 2” Avropaya qaz tədarük etməyə hazırdır”.
Putin NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinə qarşı çıxır və Qərbdən təhlükəsizlik zəmanəti tələb edir. Qərbdən mənfi cavab alan Putin Ukrayna sərhədinə qoşun yeridib.