18 Fevral 2022 12:35
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki italyan və ispan dülgər Rusiya Prezidenti Vladimir Putinin bir neçə gün əvvəl fransalı həmkarı Emmanuel Makronu, Almaniya Kansleri Olaf Şolzu qəbul edərkən gündəmdə olan altı metrlik masanı özlərinin hazırladıqlarını iddia ediblər.

Teleqraf.com xəbər verir ki, İspaniyanın mebel istehsalçısı Visente Saraqosa ölkə mətbuatına verdiyi açıqlamada sözügedən stolun Alp dağlarından gətirilmiş fıstıq ağacından hazırlandığını və qızılla bəzədildiyini deyib.

Əsərini görən kimi tanıdığı iddia edən Saraqosa masa hazırlanarkən müəyyən səhvlərə yol verildiyini, bunu həm də həmin yanlışlardan tanıdığını söyləyib.

Dülgər Saraqosa 2002-2006-cı illərdə keçmiş Sovet ölkələrində fəaliyyət göstərdiyini, Özbəkistan hakimiyyəti üçün mətbəx mebeli hazırladığını, 2020-ci ildə fəaliyyətini dayandırdığını bildirib.

İtalyan dülgər Renato Polonya isə “Guardian” qəzetinə ispan həmkarının açıqlamalarından təəccübləndiyini söyləyib.

“Həqiqətən nə deyəcəyimi bilmirəm, çünki bu əsəri 1995-1996-cı illərdə hazırlamışam, masanın fotoşəkilləri rus kitablarında da dərc olunub”, - Polonya deyib.

Masa ilə bağlı bütün sertifikatlara sahib olduğunu və həmin sənədlərin Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin imzasının olduğunu iddia edən Polonya ispan həmkarının stolun kopyasını hazırlamış ola biləcəyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər