18 Fevral 2022 21:28
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildən başlayan Rusiya-Ukrayna gərginliyi bölgədə müharibə narahatlığına səbəb olduğu vaxt Moskvadan diqqətçəkən açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, Ukraynanın Belarusla sərhədində təlimləri davam etdirən Rusiyanın bölgədən canlı qüvvə və zirehli texnikalarını geri çəkdiyinə dair açıqlamalara baxmayaraq, Qərb dövlətləri, xüsusilə də ABŞ kəşfiyyatı, hələlik geriləmə müşahidə etmədiklərini açıqlayıb.

Bölgədə bu gərginliyi artıracaq daha bir açıqlama Moskvadan gəlib.

Rusiyanın “İnterfaks” agentliyi Prezident Vladimir Putinin gərginliyin artmasından sonra ilk dəfə fevralın 19-da keçiriləcək təlimə qatılacağını və hərbi məşqləri yaxından izləyəcəyini yazıb. Rusiyanın nüvə silahlarının da sınaqdan keçiriləcəyi təlimdə ballistik və qanadlı raketlərdən istifadə ediləcəyi açıqlanıb.

ABŞ və NATO başda olmaqla bir çox ölkə Rusiyanın Ukraynaya hücum edəcəyini iddia edir. Rusiya bu ittihamları doğru saymır.

Bölgədə bu gəlişmələr yaşanarkən Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna sərhədində təlimləri tamamlayan Qərb Hərbi Dairəsinin tank və canlı qüvvələrinin hərbi hissələrə qayıtmağa başladığı bildirilib.

Tankların dəmir yolu xətti ilə əsas bazalarına daşındığı, hərbi texnikaların daşınmasının təxminən min kilometr məsafədə qatarlarla həyata keçiriləcəyi deyilib. Vurğulanıb ki, tanklar öz mövqelərinə qayıtdıqdan sonra şəxsi heyət növbəti təlimə hazırlaşacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər