18 Fevral 2022 20:55
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

"NATO Rusiyanın hərəkətlərinə cavab olaraq şərq cinahını gücləndirməyə davam edəcək".

Teleqraf.com xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin Varşavada polşalı həmkarı Mariuş Blaşak ilə birgə mətbuat konfransında bildirib.

“Rusiya Prezidenti Vladimir Putinin istəmədiyi şey NATO-nun güclənməsidir, o, məhz bunu görəcək”, - ABŞ müdafiə naziri deyib.

Ostin Moskva ilə gərginlik şəraitində Polşanın Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə dəyərli töhfəsini qeyd edib.

Pentaqon rəhbəri Rusiyanın Ukraynaya müdaxiləsi halında Polşa sərhədlərinə on minlərlə qaçqının axını ehtimalına da işarə edib.

"Böhranın həllində diplomatiya üçün hələ vaxt var", - L.Ostin əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər