19 Fevral 2022 16:44
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rostovda Donbasdan olan qaçqınların artması ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edilib”.

Teleqraf.com xəbər verir ki, bunu Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib.

Qubernator əlavə edib ki, gələn vətəndaşların sayının artması tendensiyası nəzərə alınaraq, fevralın 19-u saat 10:00-dan etibarən fövqəladə vəziyyət rejiminin tətbiqi məqsədəuyğun hesab olunub.

Qeyd edək ki, Donbasda müharibə təhlükəsi ilə əlaqədar olaraq rusiyayönümlü separatçı rejimlər əhalini Rastov-Don vilayətinə keçməyə məsləhət görüb. Bundan sonra minlərlə sakin Rastova gəlməyə başlayıb.

Prezident Putin Fövqəladə Hallar Nazirliyinin rəhbərini bölgəyə göndərib. Ehtimal olunur ki, əhalinin Donbasdan evakuasiya edilməsi müharibənin başlayacağını göstərir.


Müəllif: Nemət

Oxşar xəbərlər