Moskva-Kiyev gərginliyi fonunda rus əsgərlərin fotoları sosial şəbəkələrdə ciddi marağa səbəb olub.
Teleqraf.com xəbər verir ki, Rusiya sərhədindən cəmi 14 kilometr aralıda yerləşən vağzalda 5 gün qalan rus əsgərlərinin fotoşəkilləri bomba effekti yaradıb.
Rusiyanın elit motoatıcı bölməsinin 100-dən çox əsgərinin Dolbino qatar stansiyasında yerdə uzanan fotoları sosial mediada yayılıb. Əsgərlərin yerləşdiyi yer Ukrayna sərhədin yaxınlığında yerləşən Veselaya Lopan şəhəridir. Şəhərinin əhalisi 2 min 696 nəfərdir.
2-ci motoatıcı diviziyanın əsgərlərinə yemək verilməyib. Əsgərlər yeməklərini özləri alıblar, amma bir müddət sonra pulları bitdi. Sonra şəhər sakinləri əsgərlərə yemək və su gətirib.
Rusiya mətbuatı qatar stansiyasına gətirildikdən sonra zabitlərin əsgərləri tərk etdiyini iddia edib. Stansiyadakı əsgərlər bazar günü axşam saatlarında başqa əraziyə köçürülüb.