22 Fevral 2022 18:55
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropanı qazın bahalaşacağı ilə təhdid edib.

Teleqraf.com xəbər verir ki, bu barədə siyasətçi öz tviter hesabında paylaşım edib.

"Almaniyanın kansleri "Şimal axını 2" qaz xəttinin sertifikasiyasını dayandırmağı tapşırıb. Yaxşı, o zaman yeni dünyaya xoş gəlmisiniz. O dünyada ki avropalılar artıq yaxın zamanda qazın min kubmetrinə görə 2 000 avro ödəyəcəklər!", - deyə ölkənin eks-prezidenti bildirib.

Qeyd edək ki, Almaniyanın kansleri Olaf Şolts Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda Rusiya-Almaniya qaz kəmərinin "Şimal axını 2" layihəsinin sertifikasiya prosesini dayandırılmasını tapşırıb.

Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər