23 Fevral 2022 16:15
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinin Ukraynanın şərqindəki separatçı rejimləri tanımasına cavab olaraq Rusiyaya qarşı sanksiyalar elan etdiyi vaxtda Amerikanın Avropadakı qoşunlarını Ukrayna ilə həmsərhəd ölkələrə göndərdiyi açıqlanıb.

Teleqraf.com Amerika KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi NATO-nun şərq cinahına, Baltikyanı bölgədəki əməliyyat mövqelərinə 800 hərbçi və səkkiz “F-35” qırıcısının göndəriləcəyini bildirib.

Bundan əlavə, ABŞ Avropanın digər ölkələrindən Baltikyanı bölgə və Polşaya AH-64 “Apache” hücum helikopterləri göndərəcək.

Bayden ABŞ-ın Ukraynaya qoşun göndərmədiyini, Avropadakı qüvvələrin Rusiyanın potensial hücumuna qarşı NATO üzvləri olan Estoniya, Litva və Latviyaya köçürüləcəyini söyləyib.

Qoşunların Baltikyanı bölgəyə hərəkətinin sırf müdafiə məqsədi daşıdığını qeyd edən Bayden deyib: “Rusiya ilə döyüşmək niyyətimiz yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər