Ukrayna Silahlı Qüvvələrin Ali Baş Komandanı işğalçılara maksimum itki vermək əmri verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəsmi səhifəsində deyilir.
“Cümə axşamı, fevralın 24-də Rusiya Federasiyasının silahlı qüvvələri şərqdə Ukrayna bölmələrini intensiv atəşə tutmağa başlayıb. Təcavüzkar Borispol, Ozernı, Kulbakino, Çuqev, Kramatorsk, Çernobaevka aerodromlarına, eləcə də ərazilərə raket-bombalı zərbələr endirib. Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektləri hədəfə alınır. Təcavüzkar Ukraynanın dövlət sərhədi boyunca və Krım Muxtar Respublikasının sərhədində yerləşən ərazi və yaşayış məntəqələrini atəşə tutmağa başlayıb”, - Ukrayna Silahlı Qüvvələrin Ali Baş Komandanının məlumatında bildirilir.