“Britaniya Rusiyanın Ukraynaya müdaxiləsini görməzdən gəlməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Britaniyanın baş naziri Boris Conson deyib.
O bildirib ki, Rusiya heç bir təxribat olmadan qurudan, dənizdən və havadan geniş işğala başlayıb.
Onun sözlərinə görə, Böyük Britaniya və müttəfiqləri Rusiya iqtisadiyyatını zəiflətmək üçün yeni sanksiyalar paketini işə salacaqlar.
Baş nazir İcmalar Palatasında Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları açıqlayacaq.