“NATO qəti addım atmalıdır. Avropa Birliyi və qərb zehniyyəti qətiyyətli mövqe tutmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“NATO qəti addımlar atmalıdır. Biz onlara NATO-nun mövqeyi ilə bağlı mövqeyimizi çatdırmışıq. Bugünkü görüşdə bütün liderlərin mövqeyini görərək, onlara öz mövqeyimizi bildirəcəyik.
Hazırda Avropa İttifaqı ciddi qərarlı mövqe tutmayıb. Hamısı bol-bol məsləhətlər verirlər, bununla heç yerə çatmaq asan deyil. Heç bir addım atılmayıb. Bugünkü NATO sammitindən, hansı addımların atılacağından danışacağıq. Bol-bol məsləhət verməklə, qınamaqla heç nə əldə etmək olmaz. Hacivat-Qaragöz lətifəsinə çevirmək olmaz”, - Ərdoğan bildirib.