Rusiya hərbi qüvvələri Qradivdən Şastyaya mülki insanları aparan evakuasiya kolonunu atəşə tutublar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk açıqlama verib.
“Şastyanın demək olar ki, 80%-i məhv edilib. Məndə məlumat var ki, konvoya (evakuasiya maşınlarına - red.) "Qrad"lardan atəş açılıb, bu, beynəlxalq humanitar hüquqa görə beynəlxalq cinayətdir və Rusiya bunun əvəzini ağır ödəyəcək. Hazırda təxliyyə aparılır”, - Vereşçuk bildirib.
O, Xersonun Ukrayna hərbçilərinin nəzarətində olduğunu bildirib və vəziyyətin hər saat dəyişdiyini deyib:
“Vəziyyət hər saat dəyişir. Sadəcə bilməliyik ki, biz öz torpaqlarımızı geri alırıq, torpağımızın hər qarışı ukraynalıların olacaq”.