27 Fevral 2022 22:49
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın BP şirkəti Rusiyanın "Rosneft" şirkətindəki 19,75 faizlik payından imtina edib.

Teleqraf.com xəbər verir ki, şirkətin saytında bununla bağlı yerləşdirilən məlumatda “Rosneft”in direktorlar şurasındakı iki BP təmsilçisinin də geri çağırıldığı elan edilir: "Ümid edirik ki, bu addım şirkətimizin maliyyə vəziyyətində ciddi iz buraxmayacaq".

Qeyd edək ki, BP "Rosneft"dəki payı 11,2 milyard dollara almışdı. 2021-ci ilin 4-rübündə şirkət bu payın hesabına 555 milyon dollar gəlir əldə etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər