Norveç Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulacaq.
Teleqraf.com xəbər verir ki, bunu adı çəkilən ölkənin baş naziri Yonas Qar Störe məlumat verib.
Bununla yanaşı o, əlavə edib ki, ölkəsi qlobal məcradakı tələblərə zidd olaraq Ukraynaya hərbi avadanlıq göndərəcək.
O əlavə edib ki, müharibə vəziyyətində olan ölkələrə adətən kömək edilmədiyi halda, Norveç Ukraynaya hərbi avadanlıqlar çatdıracaq.
Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də Avropa İttifaqının tarixində ilk dəfə adı çəkilən ölkəyə silah təchizatının maliyyələşdiriləcəyini açıqlayıb.