28 Fevral 2022 17:28
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib ki, “Nüvə triadası” gücləndirilmiş heyətlə döyüş növbəsinə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu, Rusiya liderinin sərəncamı ilə əlaqədar edilib.

“Strateji Təyinatlı Raket Qoşunlarının, Şimal və Sakit okean donanmalarının və Uzaqmənzilli Aviasiya Komandanlığının komanda məntəqələrinin növbətçiliyi gücləndirilmiş şəxsi heyətlə döyüş növbəsinə başlayıb”, - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, nüvə triadası üç komponentdən ibarət strateji qüvvədir: bura strateji aviasiya, qitələrarası ballistik raketlər və sualtı raket daşıyıcıları.

Bazar günü Rusiya lideri müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüş keçirib. Putin Qərbin qeyri-dost hərəkətləri - qeyri-qanuni sanksiyalar və NATO-nun aqressiyası səbəbindən Rusiya ordusunun çəkindirici qüvvələrini xüsusi döyüş növbətçiliyinə keçirməyi tapşırıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər