Ukrayna prezidentinin həyat yoldaşı Alyona Zelenskaya ərinin Rusiyaya qarşı ən böyük dəstəkçisidir. Rusiya tərəfindən ölümlə hədələndiyi iddia olunan Alyona uşaqları ilə birlikdə hücumun əsas hədəfində olan Kiyevdə - Prezident Vladimir Zelenskinin yanında qalmaqla həyatını riskə atır.
Teleqraf.com xəbər verir ki, ölkədən qaçmaq əvəzinə ərinin yanında qalmağa üstünlük verən Alyona Zelenskaya İnstaqram hesabında həyat yoldaşı və uşaqlarının yanında olacağını bildirib.
“Uşaqlarım mənə baxır. Mən uşaqlarımın, həyat yoldaşımın yanındayam”, - Ukraynanın birinci xanımı yazıb.
Əvvəllər həyat yoldaşının siyasətə girməsinin əleyhinə olan Alyona Memarlıq fakültəsini bitirdikdən sonra komediya sahəsində ssenarist kimi fəaliyyətə başlayıb.
Yazdığı komediya ssenarisi ilə həyat yoldaşını qısa müddətdə ölkənin ən yaxşı komediya aktyorlarından biri etsə də, Ukraynanın birinci xanımı olduqdan sonra gözdən uzaq, təvazökar həyata üstünlük verir.
Dünyaca məşhur moda jurnalı “Vogue”nin üz qabığı üçün poza verən Alyona həm də dəblə maraqlanır.
Ölkənin ən məşhur qadınlarından biri olmasına baxmayaraq, Alyona haqqında çox az şey məlumdur.
Alyona Zelenskaya sovet dövründə rusdilli Olxa Kyiaşko şəhərində anadan olub.