Rusiya xarici işlər nazirinin sabiq müavini Andrey Kozirevin son açıqlaması Kremli hövsələdən çıxarıb.
Teleqraf.com xəbər verir ki, ötən gün “Dojd” radiostansiyasına açıqlama verən sabiq diplomat Kremlin Ukrayna kampaniyasını sərt tənqid edib, habelə Rusiyanın Ukraynada məğlub olacağını bildirib.
O deyib ki, Rusiyanın ukraynalı qardaşlarının başına bomba yağdırması heç bir halda qəbul edilən deyil və rus hərbçilərinin vəzifəsi başqa ölkələrə hücum yox, öz ölkələrini müdafiə etməkən ibarətdir.
Daha sonra sabiq diplomat Tvitterdə müraciət edərək rus diplomatlarının istefa verməsini və Ukrayna kampaniyasını dəstəkləməməsinə dair çağırış edib.
Rusiya Xarici İşlər Nazirliyindəki mənbə isə TASS-a bildirib ki, sabiq nazir müavini Andrey Kozırev nazirlikdə həmişə xəyanətlə əlaqələndirilib.
“Diplomatlara təslim olmağı və xəyanət etməyi tövsiyə edən Kozırev nədən danışdığını öz təcrübəsindən bilir. Həmkarları Kozırevlə işlədiklərinə görə həmişə utanırdılar. Heç kim niyə belə bir şəxsin Xarici İşlər Nazirliyinə rəhbər təyin edildiyini başa düşə bilməyib”, - mənbə bildirib.
Eyni zamanda agentliyin həmsöhbəti vurğulayıb ki, Kozırev Rusiya Xarici İşlər Nazirliyini “ağır vəziyyətdə” qoyub. Kozırev iddia edir ki, birlikdə işlədiyi həmkarları ilə fəxr edirdi. O, sadəcə əlavə etməyi unudub ki, onlar qarşılıq verməyiblər. Primakov XİN-i Kozırevdən sonra ağır vəziyyətdə qəbul edib, yalnız peşəkarlar komandası sayəsində onu saxlamaq mümkün olub.
Rusiya diplomatik departamentindəki mənbənin qeyd etdiyi kimi, Kozırev həm də “Rusiyanın milli maraqları yoxdur” ifadəsinin müəllifidir.