OPEC Katibliyi neft hasilatının 400 min barel/sutka səviyyəsində artırılması qərarını aprel ayı üçün qüvvədə qalması qərarını təsdiq edib.
Teleqraf.com-un məlumatına görə, bu qərar OPEC+un bügünkü monitorinq və nazirlər komitəsinin iclaslarında qəbul edilib.
Qeyd olunur ki, bu həcmin yarısı Rusiya və Səudiyyə Ərəbistanının payına düşəcək.
Qərara əsasən, hər iki ölkə neft hasilatını 105 min barel/sutka artıraraq 10,436 milyon barel/sutkayadək çatdıracaq.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına qərar verilmişdi.