Çernoqoriya Xarici İşlər Nazirliyi rusiyalı diplomatları persona non-qrata elan edib. Onlar 72 saat ərzində ölkəni tərk etməlidir.
Teleqraf.com xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
“Çernoqoriya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Monteneqroda akkreditə olunmuş səfirliyinin diplomatını persona non-qrata elan edib. Ölkəni tərk etmək üçün 72 saat vaxt verən bu qərarla bağlı nota bu gün Rusiya səfirinə təqdim edilib”, - deyə məlumatda bildirilir.