4 Mart 2022 20:39
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın xarici işlər nazirinin birinci müavini Uendi Şerman 4-5 mart tarixlərində Türkiyəyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Səfər çərçivəsində amerikalı diplomatla Türkiyənin XİN başçısının müavini Sedat Önal arasında görüş keçiriləcək.

Görüş zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, NATO-nun gələcək perspektivdə fəaliyyət planı, regional və qlobal əhəmiyyətli mövzular müzakirə olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər