6 Mart 2022 17:19
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın hücumuna görə Ukraynadakı türk vətəndaşlarının təhlükəsizliyinin təmin olunması və bir an əvvəl ölkəyə təxliyə edilməsi çox vacibdir. Bunun üçün biz ən qısa zamanda atəşkəs elan edilməsinin tərəfdarıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

H.Akar Rusiya-Ukrayna müharibəsini bu cür qiymətləndirib:

“Atatürkün dediyi kimi, “Yurdda sülh, cahanda sülh” deyirik. Problemlərin dialoq və mehriban qonşuluq münasibətləri çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıyıq. Bunun üçün çalışırıq. Bu çərçivədə Ukraynada baş verənləri kədər və narahatlıqla izləyirik. Burada yaranmış humanitar böhran, baş verən ölüm halları həqiqətən qəbuledilməzdir. Bizim həm Rusiya, həm də Ukrayna ilə münasibətlərimiz var. Türkiyə Cümhuriyyəti olaraq bu əlaqələri davam etdirərək atəşkəsin, sabitliyin, sülhün və əmin-amanlığın ən qısa zamanda bərqərar olması və danışıqlar yolu ilə iki ölkə arasında problemlərin həlli üçün prezidentimizdən başlayaraq gecə-gündüz bütün səviyyələrdə təmaslarımızı davam etdiririk”.
Türkiyənin bütün ölkələrin sərhədlərinə və suveren hüquqlarına hörmət etdiyini vurğulayan Akar “Bu mənada Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və hüquqlarına hörmət etdiyimizi demişik və söyləməyə də davam edirik. Bölgəyə sülh və sabitliyin ən qısa zamanda gətirilməsi üçün edilməsi lazım olan hər şey görülməyə davam edir. Biz sağlam düşüncənin qalib gəlməsinin və ən qısa zamanda qarşılıqlı dialoqun inkişafının tərəfdarıyıq. Orada günahsız, mülki insanların, xüsusilə də uşaqların həyatını itirməsi bizim üçün dərin hüzn qaynağıdır” deyə bildirib.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər