23 Noyabr 2014 00:57
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən iri yük gəmisi Cənubi Koreyadan ilk səfərinə çıxıb. Dəniz qazma platformalarının daşınması üçün nəzərdə tutulan “Peter Şelte” adlı gəminin dekabr ayında Rotterdama çatacağı bildirilir.

Teleqraf.com BBC telekanalına istinadla xəbər verir ki, eni 124 metrə və uzunluğu 382 metrə çatan gəmi İsveçrənin sualtı kəmərlərin tikintisi ilə məşğul olan Allseas firmasına məxsusdur. Cənubi Koreyanın Daewoo Heavy Industries kompaniyası tərəfindən tikilən “Peter Şelte” 3 milyard dollara başa gəlib və 48 min ton yükgötürmə qabiliyyətinə malikdir.

Bununla belə, “Peter Şelte” ən iri gəmi statusunu uzun müddət saxlaya bilməyəcək. Allseas kompaniyası artıq eni 160 metr və uzunluğu 400 metr olan daha bir gəmi hazırlatmaq niyyətində olduğunu bəyan edib. 77 ton yükgötürmə qabiliyyətinə malik bu gəminin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər