7 Mart 2022 11:29
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisi general Mark Milley ötən həftə Ukrayna sərhədi yaxınlığındakı aerodroma baş çəkib və oradan Kiyevə hərbi yardımın çatdırılması intensivləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə rus mediası CNN-ə istinadən bildirir.

Mənbə deyib ki, general Milley ABŞ və müttəfiqlərinin Kiyevə tədarük etdiyi silahların boşaldılması nöqtəsinə çevrilən aerodromda olub.

CNN iddia edir ki, son günlər Ukrayna ilə sərhədə silah, o cümlədən tank əleyhinə raket kompleksləri (ATGM) çatdıran yük uçuşlarının sayı kəskin artaraq gündə 17-yə çatıb. CNN hansı aerodromdan, hansı hərbi yardımın quru nəqliyyatla Ukrayna ərazisinə çatdırılmasının müzakirə oluna biləcəyi barədə məlumat vermir.

“The New York Times” öz növbəsində iddia edir ki, son altı gün ərzində ABŞ və NATO Ukraynaya ən azı 17 min tank əleyhinə sistem, o cümlədən “Javelin”ləri verib. CNN mənbələrinin məlumatına görə, silah tədarükü əsasən ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı tərəfindən koordinasiya edilir.


Müəllif: Nemət

Oxşar xəbərlər